2032-ci il Olimpiya Oyunlarına birgə namizədliyi irəli sürəcəklər

21 Sentyabr 2018 14:24 Olimpiya oyunları 565
2032-ci il Olimpiya Oyunlarına birgə namizədliyi irəli sürəcəklər

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen Inın Pxenyanda keçirilmiş sayca üçüncü sammitdən sonra bəyannaməsində bildirilir.

"2032-ci il olimpiadasını keçirmək üçün birgə ərizənin verilməsinə dair razılıq əldə olundu", - sənəddə vurğulanıb.

Habelə qeyd olunub ki, bu iki ölkə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vahid komanda göndərməklə ilk belə təcrübəni həyata keçirmək istəyir.

2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının açılış mərasimində parada Cənubi Koreya və KXDR yığmaları vahid Koreya bayrağı altında qatılıblar.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA