Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq

2 Sentyabr 2018 18:32 Olimpiya oyunları 493
Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.

Sportinfo.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

Mərasim Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və sunaminin 9-cu ildönümünə həsr olunacaq. 2011-ci il martın 11-də baş verən təbii fəlakət nəticəsində 19 minə yaxın insan həyatını itirib.

Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci il faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq.

Olimpiya məşəli estafetinin Yaponiyaya mərhələsi Fukuşimada başlayacaq və alov bütün ölkə üzrə 121 gün ərzində səyahət edəcək.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA