"Tokio-2020" Oyunlarının talismanlarına adlar verildi - FOTO

23 İyul 2018 00:50 Olimpiya oyunları 572
"Tokio-2020" Oyunlarının talismanlarına adlar verildi - FOTO

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanlarına adlar verilib.

Sportinfo.az xəbər verir ki, bu ilin əvvəllərində yaponiyalı məktəblilərin seçdikləri rəmzlərə "Miraytova" və və "Someyti" adlandırılıb.

Olimpiadanın simvolu "Miraytova"da "Miray" yaponca "gələcək", tova" isə "əbədilik" anlamı verir.

Paralimpiadanın simvolu "Someyti" isə sakura ağacının populyar növü olan "someyyosino"dan gəlir və ingilis ifadəsi "so mighty"ni ("qüdrətli") ifadəsini xatırladır.

"Tokio-2020" 22 iyul - 9 avqustda keçiriləcək. İdmançılar 33 növ üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA