II Avropa Oyunlarında 4 növdə qaliblər olimpiadaya birbaşa vəsiqə qazanacaq

13 İyul 2018 00:30 Olimpiya oyunları 545
II Avropa Oyunlarında 4 növdə qaliblər olimpiadaya birbaşa vəsiqə qazanacaq

“Minsk 2019” II Avropa Oyunlarında 4 idman növü üzrə qaliblər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə Oyunların direktorluğunun müavini Sergey Şablıko Belarusun paytaxtı Minskdə iştirakçı ölkələrin nümayəndələrinin qatıldığı seminarda bildirib.

Onun sözlərinə görə, kamandan oxatma, stolüstü tennis, kayak və kanoe, eləcə də güllə və stend atıcılığı üzrə yarışların qalibləri avtomatik olaraq, olimpiadada iştirak hüququ qazanacaqlar.

I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 – 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək.

Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA