"Neftçi"nin "Xəzər Lənkəran"dan alacağı və qazanacağı

14 May 2018 09:12 Olimpiya oyunları 1 084
"Neftçi"nin "Xəzər Lənkəran"dan alacağı və qazanacağı

Mayın 14-də «Bakcell U-17 Liqası»nda 32-ci turun oyunları keçiriləcək.

Bütün diqqətlər Ağsu şəhər stadionunda keçiriləcək oyuna yönələcək.

«Ağsu»nun qonağı olacaq «Səbail» qalib gələrsə, çempionatn başa çatmasına 1 tur qalmış "gümüş"ü rəsmiləşdirəcək. Bu tur bürünc medalların da taleyinə aydınlıq gələ bilər.

«Neftçi»nin «Xəzər Lənkəran»dan 3 xal götürmə ehtimalı yüksəkdi. Əgər «Keşlə» «Zirə» ilə oyunda məğlub olarsa, o halda «bürünc»dən əlini üzəcək.

12:00 «Zirə» - «Keşlə»

(Aviasiya Akademiyasının stadionu)

13:00 «Neftçi» - «Xəzər Lənkəran»

(Binə qəsəbə stadionu)

14:00 «Sumqayıt» - «Mil Muğan»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Qəbələ» - «Kəpəz»

(Qəbələ şəhər stadionu)

14:00 «Ağsu» - «Səbail»

(Ağsu şəhər stadionu)

15:30 «Qarabağ» - «Neftçi» İK İB

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu buraxacaq futbolçular: İlkin Əbiyev, Nihad Qurbanlı (hər ikisi «Neftçi»), Rauf Rüstəmov («Keşlə»), Əlman Dursunəliyev («Ağsu»), Yaqub Hüseynov («Neftçi» İK İB).

Bombardirər: Xəyal Bədirov («Səbail») - 26 qol, Nicat Musayev («Neftçi»), İbrahim Novruzov («Sumqayıt»), Xəlil Bəşirov («Səbail») – 25 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA