Ukrayna hökuməti Rusiyada keçirilən idman yarışlarına tətbiq etdiyi boykot qərarını dəyişib.
Sportinfo.az xəbər verir ki, Ukrayna öz idmançılarına Rusiyada keçirilən bütün yarışlarda iştirak etməyi qadağan etmişdi.
Ancaq Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə aparılan danışıqlardan sonra boykot qərarı ləğv edilib. Bu barədə məlumatı BOK-un prezidenti Tomas Bax verib.
O, bildirib ki, Ukraynanın idman naziri təşkilata göndərdiyi məktubda qadağanın aradan qaldırıldığını bəyan edib. Ukraynanın idman nazirliyi qadağanı bu ilin mart ayında tətbiq etmişdi.

