Azərbaycanın şərəfini qorudu, 900 dollarlıq telefonunu satışa çıxardı

4 Mart 2018 17:25 Olimpiya oyunları 946
Azərbaycanın şərəfini qorudu, 900 dollarlıq telefonunu satışa çıxardı

Ölkəmizi son iki Qış Olimpiadasında təmsil etmiş dağ xizəkçisi Patrik Braxner Azərbaycan üçün xeyriyyə addımına imza atıb.

Daha Azərbaycan üçün çıxış etməyəcəyi və karyerasını bitirdiyi gözlənilən avstriyalı legioner bunu oxu.az saytına verdiyi açıqlamada bildirib:

“Mən xeyriyyə təşkilatı olan Azərbaycan üçün Yardım Birliyi (United Aid for Azerbaijan – UAFA) üçün könüllü aksiyaya başlamışam.

Bu aksiyaya əsasən Pxençxan Olimpiadasında əldə etdiyim əşyaların hamısını bu təşkilata bağışlamışam. Aksiya martın 4-də başa çatır. Ancaq böyük ehtimalla bu tarixi daha bir həftə daha uzadacağıq”.

Sportinfo.az xəbər verir ki, Patrikin aksiya çərçivəsində 11 əşyası satışdadı. Bunların arasında bel çantası, papaqlar, “Kappa” geyimləri, açılış mərasimində geydiyi pencək və palto, eləcə də Cənubi Koreyanın Olimpiya Komitəsinin hər iştirakçıya verdiyi “Samsung Galaxy Note 8” smartfonu var. Məhz ən bahalı əşya da bu telefondu – 900 dollar.


Onu da bildirək ki, satışdan əldə olunan pullar 1998-ci ildə qurulan UAFA vasitəsilə uşaqlara, xüsusən də əlilliyi olan uşaqların sağlamlıq və təhsil məsələlərinə xərclənəcək.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA