"Hamını qucaqlayın, şokolada qonaq edin, onları ələ salmayın"

25 Fevral 2018 01:00 Olimpiya oyunları 685
"Hamını qucaqlayın, şokolada qonaq edin, onları ələ salmayın"

Pxençxanda keçirilən olimpiadada Almaniyanın xokkey yığmasının yarımfinalda Kanadaya qalib gəlməsi böyük rezonans doğurub.

Bu məğlubiyyət Kanadada milli rüsvayçılıq sayılıb. Almanlar isə qələbədən eyforiyadadılar.

Sportinfo.az xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) Kanadada olan almanlara müraciət edib. XİN müraciətində kanadalıları ələ salmamağı xahiş edir:

“Alman turistlərə tövsiyə: Kanadada tolerant və gülərüz olun. Hamını qucaqlayın və isti şokolada qonaq edin, onları ələ salmayın.

Kanadanın futbol yığması Almaniyaya qalib gəlsəydi, bizim əhvalımızın necə olacağını özünüz təsəvvür edin. Onlar da indi eyni durumdadılar”.

XİN-in müraciətinə Almaniyanın Kanadadakı səfirliyindən cavab gəlib: “Biz XİN-in tövsiyəsini nəzərə alacağıq. Ottava sakinlərini isti şokolada qonaq edəcəyik”.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA