Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarının büdcəsi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəsmisi Nensi Pak açıqlama verib.
O, ümumi büdcənin 12,5 milyard dollar təşkil edəcəyini bildirib. Vəsaitin böyük hissəsini - 10,1 milyard dolları Cənubi Koreya hökuməti infrastrukturun yaradılmasına ayırıb.
Bura 2,4 milyard dollar məbləğində əməliyyat xərcləri də əlavə olunub. Pxençxan Qış Paralimpiya Oyunları 9 - 18 martda təşkil olunacaq.

