Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu

22 Fevral 2018 00:50 Olimpiya oyunları 579
Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında xizəkçiliyin sərbəst üsulla komanda yarışında bürünc medal qazanan norveçli Marit Byorgen rekorda imza atıb.

“Report” xəbər verir ki, 37 yaşlı atlet Qış Olimpiya Oyunlarında ən çox medal qazanan idmançı ünvanına sahib çıxıb.

Ümumilikdə, 14-cü dəfə fəxri kürsüyə yüksələn M.Byorgen (7 qızıl, 4 gümüş və 3 bürünc) biatlonçu həmyerlisi, hesabında 13 medal olan (8 qızıl, 4 gümüş və 1 bürünc) Ule Eynar Byorndaleni geridə qoyub.

Sportinfo.az xəbər verir ki, Marit Byorgen Mayken Falla ilə birgə üçüncü olublar. ABŞ idmançıları Kikkan Rendall və Cessika Diggins qızıl, isveçli Şarlott Kalla və Stina Nilsson isə gümüş medal qazanıblar.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA