Yığmanın medalı alına bilər

21 Fevral 2018 00:10 Olimpiya oyunları 496
Yığmanın medalı alına bilər

Rusiyanın kerlinq idmançısı Aleksandr Kruşelniçkinin "B" dopinq testi müsbət nəticəni verib: - idmançının orqanizmində meldoni aşkar edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyadan olimpiya atletlərinin nümayəndə heyətinin bəyanatında bildirilir.

İdmançıda aşkar edilmiş maddənin miqdarı onun bir dəfə istifadə olunduğunu göstərir. Bəyanatda həmçinin bildirilir ki, Rusiyanın Olimpiya Komitəsi hadisənin təfərrüatlarının hərtərəfli araşdırmasına təşəbbüs göstərir.

Faktın təfərrüatları həmçinin Rusiya Federasiyasının cinayət qanunvericiliyi çərçivəsində araşdırılacaq. "Mən açıq təsdiqləməyə hazıram ki, idmanla məşğul olduğum gündən heç vaxt qadağan edilmiş preparatlardan və idman mübarizəsinin aparılmasında hər hansı başqa qeyri-düzgün üsullarından istifadə etməmişəm", - deyə Kruşelniçkinin rəsmi açıqlamasında deyilir.

Rusiyanın Kerlinq Federasiyasının prezidenti Dmitri Svişev də öz növbəsində qalmaqaldan sonra, Qış oyunlarının bürünc medalının Rusiya yığmasından alına biləcəyini istisna etməyib.

Aleksandr Kruşelniçki xanımı Anastasiya Brızqalovla ilə birlikdə tarixdə ilk dəfə Rusiyaya Olimpiya oyunlarında kerlinq medalı qazandırıblar.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA