Olimpiada-2018: Qoşa mübarizədə qızıl medalı eyni vaxtda iki ölkə qazandı

20 Fevral 2018 00:40 Olimpiya oyunları 591
Olimpiada-2018: Qoşa mübarizədə qızıl medalı eyni vaxtda iki ölkə qazandı

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında bobsley üzrə kişilərin qoşa mübarizəsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, olimpiya çempionluğunu iki ölkə əldə edib.

Kanadanı təmsil edən Castin Kripps və Aleksandr Kopaç, eləcə də Almaniyadan olan Françesko Fridrix və Torsten Margis 3 dəqiqə 16,86 saniyə nəticə göstərib.

Nəticədə hər iki duet qızıl medal qazanıb. Bürünc medala isə 3 dəqiqə 16,91 saniyə göstərici ilə Oskar Melbardis - Yanis Strenqa (Latviya) cütlüyü yiyələnib.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA