Rusiyanın qadın hokkeyçiləri Qış Oyunlarında yarımfinala yüksəldi

17 Fevral 2018 10:36 Olimpiya oyunları 503
Rusiyanın qadın hokkeyçiləri Qış Oyunlarında yarımfinala yüksəldi

Rusiyanın qadın hokkeyçilərdən ibarət milli komandası Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, qonşu ölkə yığması 1/4 finalda İsveçrəni 6:2 hesabı ilə məğlub edib.

Rusiya millisi görüşün ilk dövrəsindən 1:0 hesablı üstünlüklə ayrılıb. İkinci dövrədə tərəflər hərəyə iki şayba vurublar - 2:2. Üçüncü dövrədə isə İsveçrə qapısında 4 cavabsız şayba görüb.

Rusiya millisi yarımfinalda Kanada ilə qarşılaşacaq. Oyun fevralın 19-da olacaq. Bu komandaların qrup mərhələsindəki görüşü Kanadanın qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA