Cənubi Koreyada keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarında idmançılar üçün xüsusi hazırlanmış Samsunq S8 telefonlarının beynəlxalq sanksiyalar tətbiq olunduğu bəhanəsi ilə İran idmançılarına verilməməsi Tehranda narazılıqla qarşılanıb.
Sportinfo.az xəbər verir ki, məsələyə reaksiya bildirən Beynəlxalq Olimpiya Komitəsi İrandan üzr istəyib.
Məlumata görə, Qış Olimpiya Oyunlarının təşkilat komitəsi artıq İran idmançılarına da sözügedən hədiyyələri təqdim edib.

