Azərbaycanın 2 idmançısı olimpiadaya lisenziya qazandı

9 Fevral 2018 20:48 Olimpiya oyunları 609
Azərbaycanın 2 idmançısı olimpiadaya lisenziya qazandı

Azərbaycan idmançıları Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək 2018-ci il Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hələlik 2 lisenziya qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, Milli Olimpiya Komitəsindən məlumat verilib.

Həmin idmançılar stolüstü tennisçi Ninq Jinq və üzgüçü Fatimə Alkərəmovadır. Lisenziya sayının olimpiadayadək artacağı güman olunub.

Yeniyetmələrin III Yay Olimpiya Oyunları bu il oktyabrın 6-dan 18-dək keçiriləcək.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA