İranlılarla şimali koreyalılara pulsuz “smartfon” veriləcək

9 Fevral 2018 16:00 Olimpiya oyunları 549
İranlılarla şimali koreyalılara pulsuz “smartfon” veriləcək

Beynəlxalq Olimpiya Komitəsi (BOK) İran və Şimali Koreya idmançıları ilə bağlı qərarını dəyişib.

Sportinfo.az xəbər verir ki, BOK bu ölkələrin idmançılarına da pulsuz “smartfonlar” verəcək.

Bir neçə gün əvvəl isə məlumat verilmişdi ki, BMT-nin İrana və Şimali Koreyaya tətbiq etdiyi sanksiyalara görə, bu ölkələrin idmançılarına “smartfonlar” verilməyəcək.

Bundan sonra Cənubi Koreyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılaraq, bu addımın olimpiya hərəkatına zidd olduğu barədə xəbərdarlıq edilib.

Səfirə bildirilib ki, belə qərar İranla “Samsunq” arasındakı kommersiya münasibətlərinə zərər yetirə bilər.

Olimpiadada iştirak edən bütün idmançılara təqdim olunan “smartfonlar”da yarışla bağlı məlumatlar yerləşdirilib.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA