Şimali Koreya lideri bacısını Cənubi Koreyaya göndərir

7 Fevral 2018 16:00 Olimpiya oyunları 626
Şimali Koreya lideri bacısını Cənubi Koreyaya göndərir

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı, 28 yaşlı Kim Ye Çjon Cənubi Koreyada keçiriləcək Qış Olimiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, o, Cənubi Koreyaya səfər etmiş ikinci qadın dövlət məmuru olacaq.

İlk dəfə onun bibisi, Kim Çen İrin bacısı Kim Qyon Hi bu ölkəyə səfər etmişdi. Kim Ye Çjon 2017-ci ildən Şimali Koreya Əmək Partiyasının Siyasi Bürosunun üzvüdü.

O, Şimali Koreyada mühüm dövlət postu tutur. Kim Ye Çjonun adı ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin siyahısına salınıb. Şimali Koreyada insan haqlarını pozan əsas şəxslərdən biri sayılır.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA