Azərbaycanı təmsil edən 1 nəfərə görə Bakıdan xeyli adam getdi

7 Fevral 2018 13:24 Olimpiya oyunları 814
Azərbaycanı təmsil edən 1 nəfərə görə Bakıdan xeyli adam getdi

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb.

Sportinfo.az xəbər verir ki, mərasimdə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, və digər şəxslər iştirak ediblər.

Fevralın 9-da start götürəcək olimpiadanın Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək.

O, slalom və böyük slalom yarışlarına qatılacaq. Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA