Nazir: "Növbəti Asiya Oyunları Azərbaycanda keçirilə bilər"

4 Fevral 2018 12:05 Olimpiya oyunları 708
Nazir: "Növbəti Asiya Oyunları Azərbaycanda keçirilə bilər"

"Azərbaycanda bütün sahələr üçün bacarıqlı və səriştəli gənc kadrlar lazımdı.

Gənclərə imkan yaratmaq lazımdır ki, qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün ciddi səylə çalışsınlar".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov İllik Gənclər Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan idman ölkəsinə çevrilib: "Ölkədə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclər çox aktiv iştirak edir.

İdman tədbirləri gənclər üçün gözəl iş imkanları yaratdı. Gənclər bundan sonra da öz üzərində çalışmalıdırlar ki, gələcəkdə yeni iş imkanlarına sahib ola bilsinlər".

A.Rəhimov əlavə edib ki, gələcəkdə qapalı məkanlarda və döyüş növləri üzrə VI Asiya Oyunları Azərbaycanda keçirilə bilər.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA