"Siz qalmaqaldan qoruya bilmədiyimizə görə bizi bağışlayın"

3 Fevral 2018 12:48 Olimpiya oyunları 605
"Siz qalmaqaldan qoruya bilmədiyimizə görə bizi bağışlayın"

"Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pxençxanda keçiriləcək "Qış Olimpiya Oyunları-2018"də ölkəni təmsil edəcək idmançılarla görüşü zamanı deyib.

V.Putinin sözlərinə görə, Rusiya həmişə təmiz rəqabət ideyasını dəstəkləyib. Prezident həmçinin "Qış Olimpiya Oyunları-2018"ə gedən idmançılara uğurlar arzulayıb və onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb.

Ötən il dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya milli komandasını Olimpiadadan kənarlaşdırıb.

Ümumdünya Antidopinq Agentliyinin apardığı araşdırmalarla əlaqəli olmayan rusiyalı idmançılar isə Oyunlarda himn olmadan və Olimpiya bayrağı altında çıxış edəcəklər.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA