Azərbaycanda daha 4... Lənkəranlılara XOŞ XƏBƏR

31 Yanvar 2018 19:48 Olimpiya oyunları 1 177
Azərbaycanda daha 4...  Lənkəranlılara XOŞ XƏBƏR

"2018-ci ildə dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidi".

Sportinfo.az xəbər verir ki, bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Olimpiya mərkəzlərindən ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Report"a açıqlamasında bu il Lənkəran və Beyləqan, gələn il isə Goranboy və Tərtər Olimpiya komplekslərinin istifadəyə veriləcəyini bildirib.

Lənkəran Olimpiya Kompleksi yenidən, qalanları isə ilk dəfə tikiləcək. Hazırda Azərbaycanda 43 Olimpiya Kompleksi fəaliyyətdədi.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA