İştirak xərclərini ödəyəcək

12 Yanvar 2018 18:36 Olimpiya oyunları 583
İştirak xərclərini ödəyəcək

Cənubi Koreya KXDR-in nümayəndə heyətinin Pxençxanda keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarına gəlməsi ilə bağlı bütün maliyyə xərclərini öz üzərinə götürməyə hazırdı.

Sportinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə İşləri üzrə Nazirliyinə istinadən “İzvestiya” məlumat yayıb.

“Keçmişdə Koreya Respublikası Cənubda keçirilmiş idman tədbirlərində KXDR idmançılarının maliyyələşdirilməsini həyata keçirib.

Bunlara vəsait Koreyalararsı Əməkdaşlıq Fondu tərəfindən ödənilib”, — deyə idarənin məlumatında qeyd olunub.

1991-ci ildə yaradılmış Fondun büdcəsi 899 milyon dollar təşkil edir. Xərclərin dəqiq məbləği açıqlanmayıb.

Bu, Beynəlxalq Olimpiya Komitəsi, Cənubi və Şimali Koreya dövlətlərinin mili olimpiya komitələri, həmçinin Qış Olimpiya Oyunları – 2018-in Təşkilat Komitəsi nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşdən sonra müəyyən ediləcək. Görüş yanvarın 13-də keçiriləcək.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA