İştirak ərizəsi vermədilər

2 Dekabr 2017 15:12 Olimpiya oyunları 616
İştirak ərizəsi vermədilər

KXDR idmançıları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.

Sportinfo.az xəbər verir ki, fiqurlu konkisürənlərdən ibarət Rem De Ok və Kim Çju Sik Beynəlxalq Olimpiya Komitəsinə (İOC) iştirak ərizəsi verməyiblər. Olimpiadaya Şimali Koreyadan yalnız onlar lisenziya qazanmışdılar.

İOC ərizə qəbulunu artıq yekunlaşdırıb və digər idmançılara kvotaların verilmə proseduruna başlayıb. Pxençxanda KXDR nümayəndələri əvəzinə Yaponiya fiqurlu konkisürənləri çıxış etmə şansı qazanıblar.

Onlar iştiraklarını dekabrın 21-də təsdiqləməlidirlər. XIII Qış Olimpiya Oyunları 9 - 25 fevral 2018-ci ildə təşkil olunacaq.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA