Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası donduruldu

24 Oktyabr 2017 09:24 Olimpiya oyunları 560
Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası donduruldu

Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir:

"Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdı. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır".

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA