Yeni korrupsiya qalmaqalı

8 Oktyabr 2017 19:21 Olimpiya oyunları 582
Yeni korrupsiya qalmaqalı

Beynəlxalq Olimpiya Komitəsi (İOC) Braziliyanın üzvlüyünü müvəqqəti dondurub. Sportinfo.az xəbər verir ki, buna korrupsiya qalmaqalı səbəb olub.

Oktyabrın 5-də Rio-de-Janeyro polisi Braziliya Milli Olimpiya Komitəsinin (MOK) və "Olimpiada-2016"nın Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzmanı korrupsioner fəaliyyətdə şübhəli bilərək, həbs edib.

Rio-de-Janeyronun 2016-cı il Yay Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnməsi üçün Nuzmanın 2 milyon dollar rüşvət verdiyi bildirilir.

İOC-un qərarı ilə o, fəxri üzv kimi bütün hüquq və güzəştlərdən məhrum olunub, "Olimpiada-2020"nin Koordinasiya Komissiyasının tərkibindən çıxarılıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA