Rumıniya Milli Olimpiya Komitəsinin prezidenti Bakıya gəlir

19 Sentyabr 2017 14:24 Olimpiya oyunları 527
Rumıniya Milli Olimpiya Komitəsinin prezidenti Bakıya gəlir

Rumıniya Milli Olimpiya və İdman Komitəsinin (MOK) prezidenti Mihay Kovalyu Azərbaycana gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”un Şərqi Avropa bürosuna müsahibəsində Rumıniya MOK-un prezidenti M. Kovalyunun özü bildirib.

O, nümayəndə heyəti tərkibində sentyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunan mərasimə qatılacağını açıqlayıb.

2000-ci il Sidney Yay Olimpiya Oyunlarında, 2005-ci il dünya və 2006-cı il Avropa çempionatında qılıncoynatma növündə qızıl medal qazannış Mihay Kovalyu 2016-cı ilin noyabrında Rumıniya MOK-un prezidenti seçilib.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA