Azərbaycan yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında ilk medalını qazandı

26 İyul 2017 00:40 Olimpiya oyunları 503
Azərbaycan yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında ilk medalını qazandı

Yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında Azərbaycan komandası ilk medalını qazanıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, festivalın üçüncü günündə Vüsalə Kərimova qızlar arasında cüdo idman növü üzrə 40 kq çəki dərəcəsində gümüş medala sahib olub.

Yığma komanda 41 idmançıdan ibarətdir ki,onlardan 10-u atletika, 3-ü tennis, 4-ü üzgüçülük, 4-ü gimnastika, 6-sı velosiped və 12-si cüdo, 2-si kanoe idman növlərində mübarizə aparacaq.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA