Azərbaycan nümayəndə heyəti iyulun 22-də Macarıstanın Dyor şəhərində start götürəcək Avropa Gənclərinin Olimpiya Festivalına (EYOF) qatılacaq. Sportinfo.az xəbər verir ki, 65 nəfərlik heyətdə 41 idmançı yer alıb.
Onlardan 12-si cüdoçu, 10-u atlet, 6-sı velosipedçi, 4-ü gimnast, 4-ü üzgüçü, 3-ü tennisçi, 2-si kanoeçidir. Nümayəndə heyətinin rəhbəri kimi Vaqif Əliyev təyin olunub. EYOF iyulun 30-dək davam edəcək.

