Avropa Paralimpiya Komitəsinin (EPC) yeni prezidenti müəyyənləşib. Sportinfo.az xəbər verir ki, təşkilatın Polşanın Katovitse şəhərində keçirilən Baş Assambleyasında Xorvatiya Paralimpiya Komitəsinin rəhbəri Ratko Kovaçiç EPC prezidenti seçilib.
R.Kovaçiç bu postda danimarkalı Yon Peterssonu əvəzləyib. Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçkilər sentyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə baş tutacaq.

