Geri qaytarırlar - PROBLEM

21 May 2017 18:36 Olimpiya oyunları 823
Geri qaytarırlar - PROBLEM

2016-cı ildə Rioda keçirilmiş Yay Olimpiya Oyunlarında (YOO) idmançıların qazandığı 100-dən çox medal paslanma və metalın səthində qara ləkələrin yaranması səbəbindən təşkilatçılara qaytarılıb. Sportinfo.az xəbər verir ki, bu barədə YOO-2016-nın təşkilat komitəsinin kommunikasiya direktoru Mario Andradu məlumat verib.

Onun sözlərinə görə, geri qaytarılan 130 medalın əksəriyyəti bürünc əyarlıdır. İndi mütəxəssislər onların bərpası üzərində işləyir. XXXI Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək Rio de Janeyroda keçirilib. Yarış üçün toplam 2488 medal - 812 qızıl və gümüş, eləcə də 864 bürünc medal hazırlanıb.

Store Neftchi
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA