Rayon rəhbəri "Şamaxı"nın yeni baş məşqçisinə nə vəd edib?

23 İyun 2022 14:40 Şamaxı 1 495
Rayon rəhbəri "Şamaxı"nın yeni baş məşqçisinə nə vəd edib?

Cavid Hüseynovun «Şamaxı»ya təyinatı bu ayın sonunda rəsmiləşəcək.

34 yaşlı baş məşqçi UEFA Region Kubokunun Azərbaycanda keçirilən ilkin mərhələ oyunlarından sonra yeni işinə start verəcək.

Şamaxının icra başçısı Tahir Məmmədov bugünlərdə onunla görüşüb, gələcək planlarla bağlı geniş fikir mübadiləsi aparıb.

AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun təqdimatı ilə əyalət klubunun başına keçən Hüseynovdan ilk mövsümündə çox şey istənilmir - o, sadəcə, gənclərə üstünlük verməli və mübariz komanda formalaşdırmalıdır.

Avrokuboklara vəsiqə - bu, ondan tələb edilmir. Olsa, lap yaxşı!

Bu da başadülüşəndir. Çünki klubun rəhbərliyi yenicə əl dəyişib, gələn «futbol ili»nə hazırlıq vaxtı daralıb.

Əksər Premyer Liqa təmsilçiləri çalışmalara başlasa və ciddi transfer bazarlığına girişsə də, «Şamaxı» bugünə kimi «kisədən yeyib»: gedənlər var, gələnlər yoxdur.

Ötənilki heyətdən bir sanballı futbolçu da burada qalmayıb, hamısı düşərgəni tərk edib.

Baş məşqçi postunda Rüstəm Əliyevi əvəzləyəcək çalışdırıcı zəmanət verilib ki, həm AFFA, həm də yerli İcra Hakimiyyətindən tam dəstək görəcək.

Vəd olunub ki, işinə heç bir müdaxilə olunmayacaq, istənilən addımı atmaqda sərbəstdir.

İkillik müqaviləyə imza atmağa razılaşan Cavid Hüseynovun fəaliyyətinin qiyməti 2023/24-cü il mövsümündə veriləcək - medallar uğrunda mübarizə aparacaq və qitəmiqyasıl yarışlara vəsiqə alarsa.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti