Paytaxt klubunda baş məşqçi istefasının SİRLİ PƏRDƏARXASI

25 Yanvar 2021 16:00 Şamaxı 1 289
Paytaxt klubunda baş məşqçi istefasının SİRLİ PƏRDƏARXASI

Dünən günü Yunis Hüseynovun “Keşlə”dən ayrılması xəbəri ilə açdıq.

Bu, Azərbaycan Premyer Liqasında mövsümün ikinci istefası oldu.

Bunadək yalnız “Neftçi” çalışdırıcı dəyişikliyinə gedərək, Füzuli Məmmədovu Samir Abasovla əvəzləmişdi.

Mövsümün startı ərəfəsində paytaxt klubunun sükanı arxasına keçən Hüseynov 2020-ci ilin yayından indiyədək komandanı cəmi 15 oyuna çıxarıb. Bu görüşlərdə bakılılar 3 qələbə qazanıb, 5 heç-heçə edib və 7 dəfə uduzub.

Yeddinci məğlubiyyət “Sumqayıt”la XIV turun görüşünə təsadüf edib – 0:1. Bu, onun komandada son görüşü olub. 13 qola sevinin mütəxəssis 21 qolun buraxılmasına üzülüb.

Bu matçlardan 14-ü Premyer Liqa, biri Avropa Liqasında baş tutub. Avrokubok görüşü penaltilər seriyasında məğlubiyyətin qeydə alındığı qolsuz heç-heçə ilə bitib.

Artıq Hüseynovun gedişinin bəzi təfərrüatları üzə çıxmaqdadır. Məlum olur ki, bir neçə legioner “Sumqayıt“la görüşdən sonra klub rəsmiləri ilə görüşüb.

Əcnəbi futbolçular həm baş məşqçidən, həm də köməkçilərindən şikayətlənib. Onlar düşərgədəki ab-havanın korlandığını, kortəbii hazırlıq keçdiklərini, məşqlərin cansıxıcı olduğunu bildirib.

Narazılar onu da bildirib ki, məşqçilər korpusunun üzvləri ilə oyunçular arasında münasibətlər ümumiyyətlə qaydasında deyil, üstəlik, heç kimi eşitmək istəmir, dinləmirlər.

Bu görüşdən sonra məşqçilərdən bəzisinin görəvdən alınması ilə bağlı Hüseynovun özüylə müzakirələr aparılıb. O, iddialarla razılaşmayıb və “Özüm gedərəm, amma köməkçilərimə dəyməyin, onlar məndən qabaq burada işləyirlər» söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı