Təcili yeni baş məşqçi axtarırlar, 3 namizəd var

12 Noyabr 2020 00:14 İspaniya 540
Təcili yeni baş məşqçi axtarırlar, 3 namizəd var

“Atletik”yeni baş məşqçi axtarışlarına başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Marca” nəşri yayıb.

Hazırda komandanı Qaiska Qaritano çalışdırır. Amma nəticələrdən narazı olan rəhbərlik onunla yolu ayırmaq niyyətindədir.

“Atletik”in siyahısında 3 mütəxəssisin – Mourisio Poçettino, Ernesto Valverdo və Merselinonun adlarının olduğu bildirilir.

Amma Poçettinon tələb etdiyi məvacibi “Atletik” ödəmək gücündə deyil. O, illik 10 milyon avro məvacib tələb edir.

Belə olan halda, rəhbərliyin Ernesto Valverdo və ya Merselinoya üstünlük verəcəyi gözlənilir. Valverdonun son işi yeri “Barselona” olub, Marselino isə “Valensiya”nı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti