Azərbaycanlı forvard qol da vurdu, pas da verdi - VİDEO

2 Noyabr 2023 08:50 Bizimkilər 812
Azərbaycanlı forvard qol da vurdu, pas da verdi - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya kubokunda 1/8 final oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi aşağı liqa təmsilçisi "Oriolik"in qonağı olub.

Matç "Dinamo"nun 8:0 hesablı qələbəsi ilə başa çatıb.

M.Emreli 62-ci dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə komandasının 7-ci qolunun müəllifi olub. O, 82-ci dəqiqədə qol ötürməsi də verib.

"Oriolik" - "Dinamo" (Zaqreb) 0:8

Qollar: Stubikan, 25, Drniç, 29-pen.40-pen. 42, Bernuer, 45+2, Marin, 54, Mahir Emreli 77, Kulenoviç, 82

Digər Xəbərlər
Xəbər Lenti