“Real”ın prezidenti: “O, bu klubda bütün ömrünü keçirəcək”

17 İyul 2020 19:16 İspaniya 641
“Real”ın prezidenti: “O, bu klubda bütün ömrünü keçirəcək”

“Real”ın prezidenti Florentino Peres komandanın çempion olmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Peres Serxio Ramosla bağlı da danışıb.

O, kapitanın klubda qalacağını vurğulayıb: “Serxio Ramos bütün ömrünü “Real”da keçirəcək. O, burda xoşbəxtdir. Ramos təkcə kapitan olmayıb, bütün komandanı idarə edib. O, inanılmaz liderlik xüsusiyyətlərinə sahibdir və klubda böyük rol oynayır.

Hər bir futbolçu bu çempionluğa böyük əmək sərf etdi. Xüsusən də Benzema, bizim qapıçılar, Ramos, Kazemiro, hamı. Zidan bu çempionluğun böyük arxitektorudur”.

Digər Xəbərlər
Xəbər Lenti