Dostundan Messiyə məsləhət - Getsin, yoxsa qalsın?

16 İyul 2020 16:56 İspaniya 884
Dostundan Messiyə məsləhət - Getsin, yoxsa qalsın?

Sportinfo.az xəbər verir ki, “Barselona”nın hücumçusu Luis Suares Lionel Messinin klubdan gedəcəyi barədə xəbərlərə münasibət bildirib.

O, “Daily Mail” nəşrinə müsahibəsində bildirib ki, argentinalının başqa komandada oynamasında məna görmür:

“Leo özünün və ailəsinin rahatlığına əsaslanaraq qərar verəcək. Messinin dostu kimi həmişə məsləhət görərdim ki, onun üçün harada yaxşıdırsa, orada da oynasın.

Hesab edirəm ki, özü də, ailəsi də Barselonada xoşbəxtdirlər. Deməli, o, komandada çıxışını davam etdirməlidir. Yox, əgər Messiyə dəyişiklik lazımdırsa, o, daha yaxşı qərar verə biləcək”.

Digər Xəbərlər
Xəbər Lenti