Paytaxt klubu yeni transferini bu gün təqdim edəcək

18 Fevral 2020 01:34 İspaniya 768
Paytaxt klubu yeni transferini bu gün təqdim edəcək

“Real” qışda transfer etdiyi Reynier Xesus Karvalyonu bu gün rəsmən təqdim edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya nəhənginin rəsmi saytı məlumat yayıb.

Braziliyalı gənc yarımmüdafiəçi “Flamenqo”dan transfer olunub. 18 yaşlı futbolçu La Liqa klubu ilə 6 illik müqaviləyə imza atıb.

“Real” bu transfer için 35 milyon avrosundan keçib. Gənc futbolçu hələlik “Real”ın əvəzedici komandası hesab olunan “Kastilya”da forma geyinəcək.

Reynier “Real”ın qışda heyətinə qatdığı yeganə futbolçudu. Madrid klubu bu transferi yanvarın sonunda açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti