"Real Sosyedad"ın hücumçusuna təklif yolladı - "Beşiktaş"

18 İyul 2021 00:00 İspaniya 536
"Real Sosyedad"ın hücumçusuna təklif yolladı -

"Beşiktaş" "Real Sosyedad"ın hücumçusu Villian Jozeni heyətinə cəlb etmək istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı futbolçunu satın alma şərti ilə icarəyə götürmək üçün hərəkətə keçib.

Braziliyalı oyunçunun agenti Türkiyədə klub rəsmiləri ilə uğurlu danışıqlar aparıb.

"Qara qartallar" La Liqa klubuna ilk təklifini yollayıb.

Villian Joze ötən mövsümün ikinci yarısını icarə əsasında "Vulverhempton"da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti