Ancelotti və Qvardiola İtaliya yığmasını çalışdırmaq təklifinə mənfi cavab verdi

25 İyul 00:10 İtaliya 1 423
Ancelotti və Qvardiola İtaliya yığmasını çalışdırmaq təklifinə mənfi cavab verdi

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasına rəhbərlik etmək təklifini rədd edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Bununla bağlı İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini Ançelotti, eləcə də “Mançester Siti”nin keçmiş baş məşqçisi Xosep Qvardiola ilə danışıqlar apardıqlarını bildirib.

Mətbuatın yazdığına görə, ispaniyalı mütəxəssis də İtaliya yığmasını çalışdırmaq təklifinə mənfi cavab verib.

Ançelotti 2025-ci ilin may ayından Braziliya yığmasını idarə edir. 67 yaşlı italyan mütəxəssisin mövcud müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

DÇ-2026-da Braziliya millisi mübarizəni 1/4 finalda dayandıraraq Norveçə 1:2 hesabı ilə məğlub olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!