“Toyda içdik, oradan çıxıb kababxanada da içdik” – Azərbaycan çempionu

6 Dekabr 2021 20:40 Hadisə 1 447
“Toyda içdik, oradan çıxıb kababxanada da içdik” – Azərbaycan çempionu

Ölkəmizin müstəqilliyinin ilk illəri futboldakı maraqlı əhvalatlarla zəngindir.

Sabiq futbolçuların bəziləri başına gələn hadisələri gizlətsə də, vaxtilə yaşananları çəkinmədən dilinə gətirənlər də var.

Onlardan biri də uzun illər “Kəpəz”in formasını geyinmiş Firuz Qulamidir.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu sosial şəbəkədə “Neftçi”ylə oyundan bir gün əvvəl yaşanmış maraqlı olayı nəql edib:

“Səhv etmirəmsə, 1992-ci il idi, ya da 1993. “Neftçi”ylə oyundan bir gün əvvəl toya dəvət olunmuşduq.

Mehman müəllimdən icazə alıb (“Kəpəz”in o vaxtkı baş məşqçisi), məşqdən tez çıxıb toya getdik. Əsas heyətin 5 futbolçusu idik.

Mehman müəllim demişdi toyda içməyin, biz içmişdik. Toydan çıxıb kababxanaya getmişdik, orda da içmişdik. Ertəsi meydana çıxıb “Neftçi”ni udmuşduq”.

Vaxtilə “Kəpəz”in uğurları üçün tər tökmüş Qulami Azərbaycan çempionu və ölkə kubokunun sahibidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti