Qurbanov narahatlığa son qoydu: “Ciddi bir şey yoxdur”

1 Sentyabr 2023 00:20 Qarabağ 1 060
Qurbanov narahatlığa son qoydu: “Ciddi bir şey yoxdur”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Marko Yankoviçin Avropa Liqasının pley-off mərhələsində "Olimpiya"ya qarşı Bakıda keçirdikləri cavab oyununda (1:1) zədələnməsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olmadığını deyib:

“Ciddi bir şey yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Sabah vəziyyətinə tam aydınlıq gələcək”.

Səfərdəki ilk matçda rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi 2 oyunun cəmində Avropa Liqasının qrup mərhələsinə adlayıb.

Komandanın bu mərhələdəki rəqibləri sabah keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti