Azərbaycanlı funksioner "Beşiktaş"ın matçına təyinat aldı

22 Noyabr 2023 03:40 Bizimkilər 836
Azərbaycanlı funksioner "Beşiktaş"ın matçına təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, Məmmədov Türkiyəyə gedəcək.

O, UEFA-nın Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaş” (Türkiyə) – "Brugge” (Belçika) qarşılaşmasında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Görüş noyabrın 30-da Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti