GÜNÜN OYUNU: ABŞ İrandan qisas ala biləcəkmi? - VİDEO

29 Noyabr 2022 22:40 Dünya çempionatı 198
GÜNÜN OYUNU: ABŞ İrandan qisas ala biləcəkmi? - VİDEO

Qətərdə keçirilən dünya çempionatında bu gün maraqlı görüş baş tutacaq.

Növbəti mərhələyə vəsiqə uğrunda İran və ABŞ millilləri üz-üzə gələcək.

Daim mundialda diqqətlər favoritlərin üzərində olsa da, bu dəfə diqqət qeyd etdiyimiz matça yönələcək. İki ölkə arasında münasibətlərin pis olması, daim bir-birini hədələməsi matçın əhəmiyyətini artırır

Qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq. “Əl Tumama” stadionunda keçiriləcək oyuna maraq da böyükdür.

ABŞ millisi matça tam heyətlə hazırlaşır. Komandanın bütün futbolçuları baş məşqçinin sərəncamında olacaq.

İran yığmasının heyətində isə 2 itki var. İngiltərə ilə matçda ağır zədə alan qapıçı Əlirza Beyrənvand zədə səbəbindən oyunu buraxacaq. Digər itki isə Əlirza Cahanbaxşdır. O, sarı vərəqə limitini doldurduğu üçün meydana çıxa bilməyəcək.

Ötən gün komandaların baş məşqçilər mətbuat konfransında iştirak edib. ABŞ yığmasının çalışdırıcısı Qreq Berhalter qarşılaşmaya siayasi məsələlərin təsir etməyəcəyinə ümidli olduğunu bildirib: “Bilirəm ki, matça qarşı hər kəsin fərqli hissi var. Mənim düşüncəmdə bu sadəcə bir futbol oyunudur və başqa fikir yoxdur. Hər iki komandanın növbəti mərhələ şansı var və uduzan nokaut olacaq. Biz hər vasitə ilə qrupdan çıxmalıyıq. Komandamız üçün bu nəticə uğur sayılacaq”.

İranlıların portuqaliyalı çalışdırıcısı Karlos Keyruş isə ABŞ-a qarşı oynamağın xüsusi mənası olduğunu deyib: “Mən 1996-cı ildə ABŞ-da işləmişəm. Rəqib komandanın baş məşqçisi Berhalter yaxşı komanda qurub. O, amerikalı gəncləri irəli çəkdi”.

ABŞ və İran yığmaları dünya çempionatları tarixində bir dəfə üz-üzə gəliblər. 1998-ci ildə Fransada keçirilən mundialda İran ABŞ-ı 2:1 məğlub edərək qrupda saxlamışdı. Bu onlar arasında ikinci duel olacaq.

Komandalar sonuncu dəfə 2000-ci ildə yoldaşlıq görüşündə üz-üzə gəliblər. Həmin vaxt qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Hazırki DÇ-də isə ABŞ millisi mütləq qələbə qazanmalıdırsa, İran yığmasına növbəti mərhələ üçün heç-heçə də kifayət edə bilər.

ABŞ yığması İrandan 1998-ci ildəki uğursuzluğun qisasını almaq istəyir. Hətta okeanın o tayında olan azarkeşlər də komandadan bunu tələb edirlər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO