Biznesdə əl gətirməyən “Neftçi”nin sabiq kapitanı: “Bu, mənə dərs oldu, başa düşdüm ki…”

27 Yanvar 2022 17:00 Bizimkilər 1 605
Biznesdə əl gətirməyən “Neftçi”nin sabiq kapitanı: “Bu, mənə dərs oldu, başa düşdüm ki…”

“20 ilə yaxın peşəkar futbolçu karyeram olub və bu müddətdə həm qazandıqlarım, həm də itirdiklərim çox olub”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında “Neftçi”nin keçmiş kapitanı Rail Məlikov deyib.

5 il ağ-qara formanı geyinmiş müdafiəçi futboldan əldə etdiyi pulun qədrini bilmədiyini etiraf edib:

“Qazandığımı əsasən başqa sahələrə yatırım olaraq qoymuşam. Müxtəlif biznes sahələrinə girişmişəm.

Təəssüf ki, heş biri alınmadı. Bir də heç vaxt şərikli iş görmürəm.

Bu, mənə dərs oldu. Başa düşdüm ki,bir iş görürsənsə, gərək özün onun üstündə dayanasan.

Qazancım mənim adımdır. Əgər Azərbaycanda 5 futbolçu tanıyırlarsa, biri mənəm”.

Digər Xəbərlər
Xəbər Lenti