İspaniya klubu azərbaycanlı futbolçunu baxışa çağırdı

16 Noyabr 2021 16:20 Bizimkilər 973
İspaniya klubu azərbaycanlı futbolçunu baxışa çağırdı

İspaniyanın "Luqo" klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.

Sportnfo.az Sequnda təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi artıq kollektiv məşqlərə qoşulub.

Onun komandada qalıb-qalmayacağı barədə qərar bir neçə gündən sonra veriləcək.

Eddi İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb.

2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti