"Bəzi yerli futbolçuların ölkə xaricinə getməsi gözlənilir"

31 İyul 2021 19:00 Bizimkilər 1 081
"Bəzi yerli futbolçuların ölkə xaricinə getməsi gözlənilir"

"Bəzi yerli futbolçuların ölkə xaricinə getməsi gözlənilir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib.

O, pandemiya ilə bağlı böyük çətinliklər yaşadıqlarını dilə gətirib: "2-3 nəfərlə bağlı çalışmalar da var. Amma çox çətindir. İndiki pandemiya dövrü şengen ölkələri bizə çox problem yaradır. O ölkələrlə çalışmlar çox zəif gedir".

Heydərli bütün çətinliklərə rəğmən yenə ümidli danışıb: "Digər ölkələrə cəhd edirik. Amma bunun nə zaman yekunlaşacağını indidən demək çətindir. Elə vəziyyətdir ki, 3 il sonra da ola bilər, 1 ay sonra da".

Digər Xəbərlər
Xəbər Lenti