"Məndən sonra hədəfimizə uyğun nəticələr olmayıb, amma ..." - Gürcüstanda çıxış edən azərbaycanlı

16 Aprel 2021 22:20 Bizimkilər 1 055
"Məndən sonra hədəfimizə uyğun nəticələr olmayıb, amma ..." - Gürcüstanda çıxış edən azərbaycanlı

"Düzdü, mən gələndən sonra hədəfimizə uyğun nəticələr olmayıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Gürcüstanın "Telavi" klubunda çıxış edən Vüqar Bəybalayev deyib.

Azərbaycanlı futbolçu uğursuz çıxışın səbəblərini belə açıqlayıb: "Bura gəlmədən də maraqlanmışdım ki, komandanın hədəfi avrokuboklardı. Bəzi futbolçuların koronavirusa yoluxmasına görə, komplekləşmiş heyətlə meydana çıxa bilmirik. Virusdan qayıdan futbolçular da əvvəlki durumda olmurlar. Bundan əlavə zədəli futbolçularımıza da var. Təqvim elə idi ki, özümüzdən yuxarı pillələrdə qərarlaşan komandalar ilə oynayırdıq. Hazırda yoldayam, sabahkı oyun üçün Tiflisə gedirik. Ümid edirəm ki, bu oyunda ürəkaçan nəticə qazanmağı bacaracağıq".

Vüqar yeni komandasına tez uyğunlaşdığını sözlərinə əlavə edib: "Gözlədiyimdən tez komandaya uyğunlaşa bildim. Kollektiv həqiqətən çox istiqanlıdır. Uyğunlaşmağım üçün nə lazımdırsa edirlər. Rus dilində yaxşı danışmağı bacarmağım mənə çox kömək olur. 70% bu dili bilir. Bilmiyənlərlə də ingilis dilində anlaşmağa çalışıram. Rəhbərlikdən tutma məşqçilər heyəti və bazadakı sıravi işçilərə kimi hamı xoş münasibət göstərir. Bu da çox xoş haldı".

Digər Xəbərlər
Xəbər Lenti