Kəlbəcərdə itkin düşən şəhid leytenantımız dəfn edildi - FOTOLAR

23 Yanvar 2021 20:50 Bizimkilər 1 124
Kəlbəcərdə itkin düşən şəhid leytenantımız dəfn edildi - FOTOLAR

Vətən müharibəsində itkin düşən hərbçimiz torpağa tapşırılıb.

Sportinfo.az xəbər verir ki, leytenant Şükürlü Elvin Azad oğlu ilə vida mərasimi əvvəlcə doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndində keçirilib.

Daha sonra şəhidimizin nəşi Bakıya gətirilib. 23 yaşlı şəhidimizlə evində vida mərasimi keçirilib. Ardınca şəhidimizin nəşi torpağa tapşırılmaq üçün II Fəxri Xiyabana aparılıb.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, rayon polis idarəsinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri iştirak ediblər.

Elvin Şükürlü Vətən Müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdən sonra itkin düşmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti