Şahin Diniyevin MÜDHİŞ YALANI üzə çıxdı

13 Fevral 2020 21:10 Azərbaycan Futbolu 1 426
Şahin Diniyevin MÜDHİŞ YALANI üzə çıxdı

“CBC Sport”un aparıcısı Elnur Məmmədli sosial şəbəkədə Məşqçilər Komitəsindən bir nəfəri verilişə dəvət ediyini, lakin onun “ölkə çemponatına baxmıram” deyib, dəvətdən imtina eməsi barədə status paylaşıb:

“Azərbaycan futbolunun başına özü boyda daş düşüb. Bayaq Məşqçilər Komitesinin üzvlərindən birinə zəng vurub verlişə çağırıram, "deyir, mən Azərbaycan çempionatına baxmıram". Bilmirsən, ağlayasan, ya güləsən?!“.

Sportinfo.az xəbər verir ki, “CBC Sport”un daha bir əməkdaşı - Asəf Zeynallı da bununla bağlı maraqlı fakt açıqlayıb:

“Bir müddət əvvəl Şahin Diniyevi verilişə qonaq çağırmaq istəyirdim. Zəng vurdum, dedi ki, ölkə xaricindəyəm. Ağasəlim Mircavadovla əlaqə saxladım.

Dedi ki, Mərdəkanda milli ilə toplanışdayam, alınmayacaq, elə indi Şahin Diniyevlə oturub gənclərin oyununa baxırıq“.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda