Azərbaycan yığmasının baş məşqçisi istefa ərizəsi yazdı

4 Sentyabr 2021 17:00 Voleybol 2 043
Azərbaycan yığmasının baş məşqçisi istefa ərizəsi yazdı

Qadın voleybolçulardan ibarət yığmanın baş məşqçisi Vüqar Əliyev istefa ərizəsi yazıb.

O. Avropa çempionatında qeydə alınan uğursuz nəticələr səbəbindən millinin sükanı arxasını tərk etmək niyyətindədir.

Sadəcə, federasiya rəhbərliyi hələ qərarını verməyib. AVF-nin prezidenti Cavid Qurbanovun yığmanın vəziyyəti ilə əlaqədar yaxın günlərdə toplantı çağırması gözlənilir.

Azərbaycan yığması 24 komandanın qatıldığı final mərhələsini 24-cü sırada başa vurub. Buna Vüqar Əliyevin yetirmələrinin qrup sonuncuları arasında ən bərbad nəticə göstərməsi səbəb olub.

Millimiz keçirdiyi 5 matçda xala həsrət qalıb və yalnız 1 setdə qalib gəlib. Digər qrup sonuncularından İsveçrə (2 xal, setlər – 4:14) və Yunanıstan (2 xal, setlər – 2:15) xallarının sayına görə millimizi qabaqlayıb.

AVRO-2021-i bizim kimi xalsız başa vuran digər yığma Rumıniya (0 xal, setlər – 3:15) olsa da, onların set fərqi daha yaxşıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar